Aeroportda “ABAD” sənətkarlıq mərkəzi açıldı - Video

aeroportda-abad-senetkarliq-merkezi-acildi
Oxunma sayı: 1027

Bu gün “Azərbaycan Hava Yolları” QSC və “ABAD” publik hüquqi şəxsin əməkdaşlığı çərçivəsində  Heydər Əliyev Beynəlxalq Hava Limanının “Duty Free” zonasında milli əl işlərinin təqdim olunduğu “ABAD” sənətkarlıq mərkəzi fəaliyyətə başlayıb.

"Qafqazinfo"ya daxil olan məlumata görə, Beynəlxalq Hava Limanının “Duty Free” zonasında fəaliyyət göstərən “ABAD” sənətkarlıq mərkəzi sayca ikincidir.

Birinci belə mərkəz “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində yaradılıb və mart ayının 18-də fəaliyyətə başlayıb.

Azərbaycana səyahət edən turistlərin “ABAD” tərəfindən təqdim olunan dekorativ-tətbiqi xalq sənətkarlığı nümunələrinə olan yüksək marağı nəzərə alaraq, növbəti mərhələdə ikinci belə bir sənətkarlıq mərkəzinin yaradılması zərurəti yaranıb.

Mərkəz xüsusi dizayn əsasında hazırlanıb və divarları şəbəkə ilə işlənilib, işıqlandırılma sistemi quraşdırlıb.