AFFA bəhreynlilərin xahişini nəzərə aldı

affa-behreynlilerin-xahisini-nezere-aldi
Oxunma sayı: 641

“Qafqazinfo”nun verdiyi məlumata görə, Bəhreyn Futbol Federasiyası tərəfindən AFFA-ya ünvanlanmış rəsmi müraciətdə qarşılaşmanın süni deyil, təbii ot örtüklü meydançada keçirilməsi ilə bağlı xahiş öz əksini tapıb. Həmin müraciət nəzərə alınaraq, Azərbaycan - Bəhreyn oyununun İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda keçirilməsi ilə bağlı AFFA tərəfindən qərar qəbul olunub.

Oyunun başlanma vaxtı ilə bağlı əlavə məlumat veriləcək.