AFFA bu dəfə Sumqayıtda konsert verəcək

affa-bu-defe-sumqayitda-konsert-verecek
Oxunma sayı: 642

“Qafqazinfo”nun AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, avqustun 20-də Rəsmi Kubok ölkə Kubok Turuna başlayıb. Kubok turu çempionatın ev sahibi statusu daşıyan Lənkəran şəhərindən başlanğıcını götürərək, Gəncə və Sumqayıt şəhərlərindən keçməklə Bakı şəhərinə qayıdacaq.

Avqustun 20-də Lənkəran şəhərində və avqustun 24-də Gəncədə dünya çempionatının Rəsmi Kubok Turunun təbliği məqsədi ilə möhtəşəm konsert proqramı təqdim olunub.

Xatırladaq ki, Kuboku qarşılayan növbətli şəhər Sumqayıt olacaq. Bununla əlaqədar, Sumqayıt şəhərinin Yaşıl teatrında avqustun 27-də saat 20:00-da möhtəşəm konsert proqramı keçiriləcək.