AFFA çempionu premyer-liqaya buraxmır

affa-cempionu-premyer-liqaya-buraxmir
Oxunma sayı: 642

“Qafqazinfo”nun verdiyi məlumata görə, iclasda UEFA və Premyer Liqa klub yarışlarında iştirak etmək üçün müraciət edən 15 klubun (7 UEFA klub yarlşlarında, 8 isə Premyer Liqa klub yarlşlarında) sənədlərinə baxılıb. İlkin olaraq məlumat verilib ki, lisenziyalaşdırma prosesində "Karvan" FK AFFA-nın Lisenziyalaşdırma Qrupuna müraciət edərək Lisenziyalaşdırma prosesindən rəsmi imtina etmişdir. Bununla əlaqədar olaraq Lisenziyalaşdırma Komissiyasında "Karvan" FK-nın lisenziya almaqla bağlı ilkin müraciəti müzakirə olunmayıb.

Lisenziyalaşdırma Komissiyası müzakirələrdən sonra aşağıdakıları qərara alıb:

1. 2012-2013 UEFA klub yarışlarında iştirakla bağlı idman, infrastruktur, kadr-inzibati, hüquq və maliyyə meyarlarını yerinə yetirdikləri üçün aşağıdaki klublara lisenziya verilsin (ƏSAS: UEFA-nın klub yarışlarında iştirak etmək üçün Azərbaycan Futbol Klublarının Lisenziyalaşdırılması üzrə qaydalarının 9-cu maddəsinin 13-cü bəndi (versiya 4.0):
AZAL FK, "Bakı" FK, "Qarabağ" FK, "Qəbələ" FK, "İnter" PİK, "Neftci" PFK, "Xəzər-Lənkəran" FK

2. 2012-2013 Azərbaycan Premyer Liqa yarışlarında iştirakla bağlı idman, infrastruktur, kadr-inzibati, hüquq və maliyyə meyarlarını yerinə yetirdikləri üçün aşağıdaki klublara lisenziya verilsin (ƏSAS: Azərbaycan Futbol Premyer Liqasında iştirak etmək üçün Klublarının Lisenziyalaşdırılması üzrə qaydalarının 8-ci maddəsinin 13-cü bəndi (versiya 3.0):
"Rəvan" FK, "Kəpəz" FK, "Simurq" FK, "Sumqayıt" FK, "Turan" PFK

3. Azərbaycan Futbol Premyer Liqasında iştirak etmək üçün Klublarının Lisenziyalaşdırılması üzrə qaydalarının 8-ci maddəsinin 13-cü bəndinin (versiya 3.0) D-yarımbəndinə uyğun olaraq "Qaradağ-Lökbatan" və "Bakılı" FK- nın 2012-2013 Azərbaycan futbol Premyer Liqasında iştirak etməklə bağlı müraciətləri təmin olunmasın.

4. Lisenziya iddiaçısı lisenziya ilə bağlı imtina barədə verilmiş bildiriş tarixindən etibarən 10-gün müddətində Lisenziyalaşdırma üzrə Apellyasiya Komitəsinə apellyasiya şikayəti verə bilər.

Qeyd edək ki, “Qaradağ-Lökbatan” birinci dəstədə sona bir neçə tur qalmış çempionluğu təmin edib.