AFFA-dan hakimi təhqir edən məşqçiyə ağır cəza

AFFA-dan hakimi təhqir edən məşqçiyə ağır cəza
Oxunma sayı: 911

AFFA İntizam Komitəsinin iclası keçirilib.“Qafqazinfo” xəbər verir ki, iclasda müxtəlif yaşlı futbolçular arasında keçirilən liqa oyunlarında baş verən qayda pozuntuları ilə bağlı qərarlar qəbul edilib:

Regional Liqasının “Ümid” - “Tufan” matçında “Ümid” klubu təhlükəsizliyi təmin etmədiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.
 
U-17 liqasında “Keşlə” - “Neftçi” matçının 89-cu dəqiqəsində “Neftçi”nin baş məşqçisi Elçin Dərgahquliyev texniki zona qaydalarını pozduğuna görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. Lakin sonradan Elçin Dərgahquliyevin köməkçi hakimi təhqir etdiyinə görə texniki zonadan uzaqlaşdırılması müəyyən olunub. Bunu nəzərə alaraq İntizam Komitəsi 18 №-li protokoluna dəyişiklik edərək, Elçin Dərgahquliyevi hakimi təhqir etdiyinə görə 5 oyun cəzalandırıb.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi