AFFA-dan Mikayıl Nərimanoğlu ilə bağlı qərar

AFFA-dan Mikayıl Nərimanoğlu ilə bağlı qərar
Oxunma sayı: 1116

“Kəpəz” Futbol Klubunda uşaq-gənclər komandalarının inkişafını gücləndirmək, klubda çalışan məşqçilərin təhsil səviyyəsini yüksəltmək, idarəetmə strukturunu təkmilləşdirmək məqsədilə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının “Kəpəz” Futbol Klubunun Müşahidə Şurasındakı nümayəndəsi Mikayıl Quluyev (Nərimanoğlu) geri çağırılıb.

"Qafqazinfo"  xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

“Kəpəz”in Müşahidə Şurasına AFFA tərəfindən təyin olunacaq nümayəndə barədə əlavə məlumat veriləcək.

Qeyd edək ki, Mikayıl Nərimanoğlu AFFA-nın mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəridir.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi