AFFA-dan mövsümün “siftə”si

affa-dan-movsumun-siftesi
Oxunma sayı: 644

“Simurq” – “Qəbələ” matçının 84-cü dəqiqəsində qonaqların Ürfan Abbasov kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 200 manat cərimə olunub. Ev sahibləri isə 66-cı dəqiqədə meydançaya azarkeşləri tərəfindən kənar əşya atıldığı üçün 2000 manat cərimə ödəməli olacaq. ”Simurq” daha 2000 manat cəriməni təcili tibbi yardım briqadası gecikməyi nəticəsində matç 10 dəqiqə gec başladığına görə alıb.

Eyni cəza “Rəvan”a da şamil olunub. Belə ki, komandanın “Xəzər Lənkəran”la ev oyununda təcili tibbi yardım briqadasının 5, yanğınsöndürmə briqadasının isə 10 dəqiqə gecikdiyinə görə meydan sahibi 2000 manat ödəməli olacaq.

“İnter” – “Qarabağ” oyunu isə ev sahiblərinin futbolçuları meydançaya vaxtında çıxmadığından 6 dəqiqə gec başlayıb. “İnter” buna görə 3000 manat cərimələnib. Qurum “Simurq”la “Qəbələ”nin əvəzedicilərinin oyununda meydan sahiblərinə 4 futbolçusu sarı aldığına görə 500 manat cərimə kəsilib. Bununla da növbəti mövsümün ilk cərimələri 9700 manat təşkil edib.