AFFA-dan “Simurq”a 6000 manat - cərimə

affa-dan-simurqa-6000-manat-cerime
Oxunma sayı: 642

“Qafqazinfo” xəbər verir ki, iclasda Topaz Premyer Liqasının XI turu çərçivəsində keçirilən oyunlar zamanı qayda pozuntuları müzakirə edilib. Müzakirələrdən sonra isə müvafiq qərarlar verilib. Belə ki, AZAL – “Bakı” (30 oktyabr) matçında “Bakı” klubunun, “Turan” – “Rəvan” oyununda (31 oktyabr) “Rəvan”ın, “Neftçi”- “Simurq” qarşılaşmasında isə “Simurq”un 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klubların hər biri 1000 manat cərimə olunub.

Oyun başa çatdıqdan sonra “Simurq” klubunun meneceri Zöhrab Əliyev hakimlərə qarşı təhqiredici hərəkət etdiyinə görə 5 oyunluq cəzalanıb və kluba 5000 manat cərimə edilib.

Əvəzedici heyətlərinin “Turan” – “Rəvan” matçında isə “Rəvan” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub.

Sevinc