AFFA danışılmış oyunlarla bağlı iclas keçirdi

AFFA danışılmış oyunlarla bağlı iclas keçirdi
Oxunma sayı: 474

Bu gün AFFA-nın inzibati binasında birinci divizionda çıxış edən klubların nümayəndələri ilə görüş keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbridə AFFA-nın baş katibi Elxan Məmmədov, PFL-in prezidenti Ramin Musayev, İcraiyyə Komitəsinin üzvü Vaqif Sadıqov iştirak edib.

Baş katib çıxış edərək birinci divizionda ötən mövsüm danışılmış oyunlarla bağlı ortaya çıxmış problemləri xatırladıb, bir neçə klub, fubolçu, hakim və inzibati işçinin sanksiyaya məruz qaldığını deyib. AFFA-nın bu məsələyə çox həssas yanaşdığını qeyd edən Elxan Məmmədov danışılmış oyunlarla əlaqədar məsələlərin gələcəkdə də hər zaman diqqət mərkəzində saxlanılacağını vurğulayıb.

AFFA-nın Apellyasiya və Arbitraj Tribunalının üzvü Vasib Əkbərov idman oyunlarının nəticəsinin manipulyasiyası ilə əlaqədar məsələlərlə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsində xüsusi maddələrin olduğunu deyib, bu kimi neqativ hallarla əlaqədar müvafiq məlumatlar daxil olduqda cinayət işi açıla biləcəyini, prosesin hüquq-mühafizə orqanlarının nəzarətində olacağını qeyd edib.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi