AFFA hesabat konfransı keçirir

AFFA hesabat konfransı keçirir
Oxunma sayı: 291

Bu gün AFFA-nın növbəti hesabat konfransı keçirilir.

"Qafqazinfo" xəbər verir ki, tədbirdə AFFA-nın baş katibi Elxan Məmmədov çıxış edib: "2017-ci il, 2016-cı ildə olduğu kimi, futbolla zəngin oldu. 23 yaşadək yığmamız İslam Həmrəyliyi Oyunlarının qalibi oldu. 2017-ci ildən danışanda təbii ki, Çempionlar Liqasının himni ağlımıza gəlir. Söhbət Azərbaycan çempionu “Qarabağ”ın ÇL-in qrup mərhələsinədək irəliləməsindən gedir. Təzadlı məqam budur ki, Azərbaycan çempionu 8 komandanın iştirak etdiyi birincilikdən ÇL-in qrupuna vəsiqə qazanıb. Bu, 32 komanda arasında yeganə belə göstərici idi.

Yəqin ki, gələcəkdə “keyfiyyət və kəmiyyət” mövzusunda araşdırmalar aparılacaq. Daha bir əlamətdar hadisə Avropa Liqasının 2019-cu ildə keçiriləcək final matçının Bakı Olimpiya Stadionunda keçirilməsinin təsdiqlənməsidi. Eyni zamanda, bölgələrdə uşaq futboluna diqqət də artırıldı. Sevindirici məqamdı ki, bu ildən etibarən Region Liqası start götürdü. İlk mövsümdə 24 kollektiv iştirak edir. İnanıram ki, gələcəkdə bu Liqanın daha da inkişaf edəcəyinin şahidi olacağıq. 

Müsbət mövzularla yanaşı, mənfilər haqda da danışmalıyıq. Söhbət danışılmış oyunlardan gedir. Bəli, cəzalandırılanlar olub. Lakin biz bu virusdan təmizlənmə yolunun astanasındayıq. Hüquq-mühafizə orqanları ilə sıx əlaqədə mübarizə aparırıq. Bu virusu biz məhv etməsək, virus bizi məhv edəcək. Ötən əsrin sonları – bu əsrin əvvəlində neçə-neçə şərqi Avropa klubu məhz bu səbəbdən tarixin yaddaşına köçdü. Artıq məxfi poçt da yaradılıb. Kimdəsə danışılmış oyunlar barədə informasiya olacaqsa, mütləq anonim qutumuzdan istifadə etməlidi". 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi