AFFA “Kəpəz”lə bağlı qərar verdi

affa-kepezle-bagli-qerar-verdi
Oxunma sayı: 2597

2017/18 mövsümündə futbol üzrə Azərbaycan Premyer Liqasında sonuncu yeri tutan "Kəpəz" klubu fəaliyyətini davam etdirəcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə AFFA-nın baş katibi Elxan Məmmədov qurumun bu gün baş tutan İcraiyyə Komitəsinin iclasından sonra bildirib.

O, deyib ki, Gəncə təmsilçisi 2018/2019 mövsümündə I divizionda çıxış edəcək.