“AFFA məğlubiyyətə görə bizə mükafat vermək istəyirdi” - Foqts

affa-meglubiyyete-gore-bize-mukafat-vermek-isteyirdi-
Oxunma sayı: 2932

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində martın 26-da keçiriləcək Azərbaycan – Almaniya oyununu yayımlayacaq Almaniya televiziyasında ekspert qismində çıxış edəcək milli komandamızın sabiq baş məşqçisi Berti Foqts müsahibə verib.

Qafqazinfo” "Bild" nəşrinə istinadən müsahibəni təqdim edir:

- Matç haqqında nə düşünürsünüz?

- Almaniya Azərbaycanı səhvə məcbur etməlidir. İlk hissədə erkən dəqiqələrdə qol vurulsa, millimiz üçün asan olacaq. 

- Rəqib doğrudan təhlükəli komandadır?

- Əgər matçın birinci hissəsində hesab açılmırsa, onlar özlərinə çox güvənirlər. Ən azı bir xal üçün döyüşürlər.

- Azərbaycan millisinin heyətində neçə legioner futbolçu var?

- Çox deyillər. Amma mən onların 5-6 futbolçusu Premyer Liqa və Bundesliqada oynaya bilər.

- Bəs, niyə oynamırlar?

- Çünki orada onlar üçün yaxşı şərait qurulub. Azərbaycanda futbolçulara yaxşı maaş verirlər. Bu səbəbdən onlar xaricə yollanmaqda maraqlı olmurlar. Mən “legioner həyatı yaşamalısız” deyəndə yəqin tərcüməçim onlara səhv çatdırırdı (gülür).

- Azərbaycan millisindən ayrılmağınızın səbəbi nədir?

- İtaliyaya qarşı çox yaxşı oynamışdıq. Uduzsaq da, komandam özünü yaxşı tərəfdən göstərmişdi. Həmin məğlubiyyətə görə AFFA futbolçulara mükafat verəcəkdi. Təsəvvür edirsiniz? Məğlubiyyətə görə mükafat? Mən mükafatın dayandırılmasını xahiş etdim. Belə şeylərə əsəbiləşirdim.

- Orada çox şeyə nail olmusunuz?

- Əlbəttə. Bu mənim işim idi. Azərbaycan Premyer Liqasında hər klubda ən azı 4 oyunçu olmalıdır. Bir də 21 yaşlı futbolçu. Bəzən bu səbəbdən klubların məşqçiləri ilə fikir ayrılığı yaşayırdıq.