AFFA millimizə növbəti rəqib tapdı

affa-millimize-novbeti-reqib-tapdi
Oxunma sayı: 2130

Millimiz daha bir yığma ilə yoldaşlıq matçı keçirəcək.

“Qafqazinfo” AFFA-ya istinadən xəbər verir ki, komandamızın Antalyadakı təlim-məşq toplanışı çərçivəsində Kosovo yığması ilə yoldaşlıq oyunu keçirməsi barədə ilkin razılıq əldə edilib.

Matç fevralın 2-də keçiriləcək.

Qeyd edək ki, millimizin Gürcüstanla fevralın 2-də keçirməli olduğu yoxlama oyunu qarşı tərəfin istəyilə ləğv olunmuşdu. Qurban Qurbanovun başçılıq etdiyi komanda yanvarın 30-da isə Moldova yığması ilə qarşılaşacaq.