AFFA milliyə yeni baş məşqçi təyin etdi

AFFA milliyə yeni baş məşqçi təyin etdi
Oxunma sayı: 1610

Məşqçilər Komitəsinin təklifinə əsasən, 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində oktyabr və noyabr aylarında keçirəcəyi oyunlar üçün baş məşqçisi vəzifəsi müvəqqəti olaraq Samir Ələkbərova həvalə olunub. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb. Məlumatda o da qeyd olunur ki, yeni baş məşqçinin qərarına əsasən, bu müddət üçün Aslan Kərimov və Cahangir Həsənzadə köməkçi-məşqçi vəzifəsinə təyin ediliblər.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi