AFFA “Neftçi” və “Zirə”ni cəzalandırdı

affa-neftci-ve-zireni-cezalandirdi
Oxunma sayı: 638

Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

“Qafqazinfo” xəbər verir ki, iclasda Topaz Premyer Liqasının 5-ci turunda keçirilən oyunlar müzakirə edilib və aşağıdakı qərarlar qəbul edilib.

“Neftçi” – “Zirə” matçında qonaqların 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub. 

Oyunun 86-cı dəqiqəsində “Neftçi”nin futbolçusu Mirabdulla Abbasov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.