AFFA-nın baş katibinin yeni vəzifəsi

affa-nin-bas-katibinin-yeni-vezifesi
Oxunma sayı: 638

“Qafqazinfo”nun AFFA-nın rəsmi saytına istinadən verdiyi xəbərə görə, Elxan Məmmədov FİFA U-17 qadınlararası dünya çempionatının FİFA Təşkilat Komitəsinin xüsusi müşaviri təyin olunub. Məmmədov FİFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin Yerli Təşkilat Komitəsinin sədridir.

Qeyd edək ki, bu turnir sentyabrın 22-dən oktyabrın 13-dək Bakıda və Lənkəranda baş tutacaq.