AFFA-nın tikdirdiyi yeni mərkəz istifadəyə verildi - Fotolar

AFFA-nın tikdirdiyi yeni mərkəz istifadəyə verildi
Oxunma sayı: 1347

Bu gün AFFA-nın prezidenti Rövnəq Abdullayev və İcraiyyə Komitəsinin üzvlərinin iştirakı ilə Bayıl Məşq Mərkəzinin açılış mərasimi təşkil olunub.

“Qafqazinfo” AFFA rəhbərliyi mərkəzdə futbolçular üçün yaradılmış şəraitlə tanış olub, fitnes zalına baxıblar.

Mərkəzdəki 16 otaqda eyni zamanda 36 futbolçu və məşqçi yerləşdirilə bilər. Otaqların ölçüsünə müvafiq olaraq çarpayıları artırıb sayı 42-yə çatdırmaq mümkündür. Bütün otaqlarda sanitar qovşaq mövcuddur. Eyni zamanda, camaşırxana və kafe də fəaliyyət göstərəcək.

AFFA ilə qarşılıqlı razılıq əsasında Bayıl Məşq Mərkəzindən həm yığma komandalar, həm də “Səbail” klubu yararlana biləcək.

Qeyd edək ki, Bayıl Məşq Mərkəzinin inşası üçün maliyyə vəsaiti AFFA-nın müraciətinə əsasən UEFA tərəfindən ayrılıb.









Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi