AFFA-nın yeyilən 500 min avrosu

affa-nin-yeyilen-500-min-avrosu
Oxunma sayı: 646

İspaniya Futbol Federasiyasının prezidenti Anxel Mariya Vilyar və oğlu Qorka bir neçə gün əvvəl həbs edilib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, ata-oğul barədə maraqlı iddia ortaya çıxıb. Söhbət 2009-ci ildə baş tutmuş Azərbaycan - İspaniya yoxlama matçından (0:6) gedir. Həmin qarşılaşma üçün AFFA İspaniya Futbol Federasiyasına 700 min avro ödəyib. Lakin Mariya Vilyarın oğlu Qorka bu məbləğin yalnız 200 minini federasiyaya ödəyib. Yerdə qalan 500 min avro isə "yoxa çıxıb".

Ata və oğu 2012-ci ildə Cənubi Koreya ilə matçlar üçün aldıqları 1,2 milyon avronun 330 minini ələ keçiriblər. Mariya Vilyar və Qorka 12-dən çox oyuna bu hərəkəti ediblər. Onlar federasiyaya külli miqdarda ziyan vurub.

Xatırladaq ki, 2009-cu il iyunun 9-da Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən Azərbaycan – İspaniya qarşılaşması qonaqların 6:0 hesablı qələbəsi ilə nəticələnib.