AFFA prezidentinin ölümündən 5 il keçdi

affa-prezidentinin-olumunden-5-il-kecdi
Oxunma sayı: 643

“Qafqazinfo” xəbər verir ki, bu məqsədlə “Turan” klubunun oyunçuları və məşqçi heyəti Ramiz Mirzəyevin məzarını ziyarət edib. Klub AFFA-nın keçmiş prezidentinin Tovuz üçün böyük işlər gördüyünü vurğulayıb.

Xatırladaq ki, Ramiz Mirzəyev 1954-cü il okyabrın 27-də Azərbaycan Respublikasının Tovuz şəhərində anadan olub. O, 29 dekabr 2003-cü ildə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidenti seçilib.

30 oktyabr 2007-ci ildə xərçəng xəstəliyindən vəfat etib.

Sevinc