AFFA “Səbail”i 2000 manat cərimələdi

affa-sebaili-2000-manat-cerimeledi
Oxunma sayı: 640

AFFA-nın İntizam Komitəsi “Səbail”i cərimələyib. 

“Qafqazinfo” AFFA-nın saytına istinadən xəbər verir ki, buna səbəb Topaz Premyer Liqasının 17-ci turunda “Sabah”la oyunda klubun səhlənkarlığa yol verməsidir. 

Belə ki, “Səbail”in səhlənkarlığı səbəbindən 1-ci hissə 3, 2-ci hissə 9 dəqiqə gec başlayıb. Bununla bağlı, Hakimlər-Komitəsi tərəfindən İntizam Komitəsinə əlavə məlumat daxil olub.  

Matçın başlama saatını təyin olunduğu vaxtdan və fasilədən sonra gecikdirdiyinə görə “Səbail” klubu 2400 manat cərimə olunub.