AFFA xəbərdarlıq etdi

affa-xeberdarliq-etdi
Oxunma sayı: 635

“Qafqazinfo” AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012 sentyabrın 22-də start götürəcək. Çempionatın ilk oyunu saat 17:00-da, Tofiq Bəhramov adına Respubika stadionunda Nigeriya və Kanada yığmaları arasında keçiriləcək. Saat 18:00-da açılış mərasimi, saat 20:00-da isə Azərbaycan - Kolumbiya qarşılaşması başlayacaq. Bu səbəblə də AFFA azarkeşlərdən xahiş edib ki, FIFA-nın tələblərinə və təhlükəsizlik qaydalarına uyğun olaraq tribunalarda yerlərini saat 18:00-a qədər tutsunlar.

Həmin gün Tofiq Bəhramov adına Respublika stadionunda ilk oyun saat 17:00-da keçiriləcəyi üçün arenanın qapıları saat 15:00-dan etibarən açıq olacaq.