AFFA yenə cərimələdi

affa-yene-cerimeledi
Oxunma sayı: 641

“Qafqazinfo” xəbər verir ki, komitə Premyer Liqanın 8-ci turu çərçivəsində əsas heyətlərin, eləcə də əvəzedici heyətin və futzal üzrə həvəskarların oyununu nəzərdən keçirib. Qayda pozuntusuna yol verən klub və futbolçular cəzalandırılıb. Belə ki, “AZA”L – “Xəzər Lənkəran” matçında “Xəzər Lənkəran” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. “Bakı”, “Kəpəz” klubu da eyni madə ilə cazalandırılıb.

“Qəbələ” klubunun 19 №-li futbolçusu Rövşən Əmiraslanov kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb və klub 200 manat cərimə olunub.

Komitə “Qarabağ” klubunun simulyasiyaya görə sarı vərəqə alan futbolçusu Rauf Əliyevin qayda pozuntusuna yol vermədiyini də qərara alıb. Matçın videoyazısını izlədikdə hakimin epizodu düzgün qiymətləndirmədiyi aşkar edilib və sarı vərəqə ləğv olunub.

Sevinc