AFFA yenə cərimələdi

affa-yene-cerimeledi
Oxunma sayı: 651

“Qafqazinfo” affa.az saytına istinadən xəbər verir ki, “Sumqayıt” “Qəbələ” oyununda Aleksandr Çertaqanov ikinci sarı vərəqə alaraq meydanda kənarlaşdırılıb və bir oyunluq cəza alıb. “Qəbələ” klubu isə buna görə 200 manat cərimələnib. “Simurq” “Xəzər Lənkəran” oyununda Zaqatala klubunun 5 oyunçusu sarı vərəqə aldığına görə klub 1000 manat cərimə edilib.

Bundan əlavə oyun zamanı “Simurq” un azərkeşləri stadiona kənar əşyalar atdıqları üçün klub əlavə olaraq 2000 manat da cərimə ödəməli olacaq . “Xəzər Lənkəran” klubunun futbolçusu Ruslan Abışov isə qırmızı vərəqə aldığına görə bir oyun buraxmalı olacaq və klubu 200 manat cərimə ödəyəcək.