AFFA yenə də açdı sandığı - Cərimələr

affa-yene-de-acdi-sandigi-cerimeler
Oxunma sayı: 645

“Qafqazinfo” xəbər verir ki, iclasda Premyer Liqanın 10-cu tur oyunları, eləcə də əvəzedici komandaların, Azərbaycan kubokunun, Futzal üzrə Azərbaycan birinciliyinin, U-17, U-15, U-14, Coca-Cola U-13 liqasının oyunlarında baş verən qayda pozuntuları müzakirə edilib və müvafiq cəzalar müəyyhənləşdirilib. Belə ki;

- Topaz Premyer Liqasının X turunun “Kəpəz” – “Sumqayıt” matçında “Sumqayıt” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.

- Premyer Liqanın X turunun “Simurq” – AZAL matçının 89-cu və 90+4-cü dəqiqələrində “Simurq” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub 2000 manat cərimə olunub.

- “Xəzər Lənkəran” – “Qarabağ” matçının 52-ci dəqiqəsində “Qarabağ” klubunun 5 №-li futbolçusu Maksim Medvedev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub.

“Bakılı” klubunun prezidenti Misir Əbilov isə hakimləri təhqir etdiyi üçün 5 oyunluq cəzalanıb, klub 500 manat cərimə olunub.