AFFA yenə klubları cərimələdi

affa-yene-klublari-cerimeledi
Oxunma sayı: 647

AFFA Ramiz Məmmədovu cəzalandırdı


“Qafqazinfo” xəbər verir ki, iclasda Premyer Liqanın XII turu çərçivəsində keçirilən oyunlar, eləcə də əvəzedicilərin, I Divizionun VIII turunun, Futzal üzrə Azərbaycan birinciliyinin və müxtəlif yaş qrupları arasında futbol yığmalarının keçirdiyi oyunlar müzakirə edilib. Müzakirə nəticəsində oyundakı qayda pozuntuları dəqiqləşdirilib və intizam qaydalarını pozanlar cəzalandırılıb. Belə ki;

- Premyer Liqasının XII turunun “Qəbələ” – “Neftçi” matçının 89-cu dəqiqəsində “Qəbələ” klubunun baş məşqçisi Ramiz Məmmədov texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klub 1000 manat cərimə olunub.

- “Turan” – “Simurq” matçında “Sumurq” klubunun 7, “Turan” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 1000 manat cərimə olunub.

Oyunun 63-cü dəqiqəsində “Simurq” klubunun 3 №-li futbolçusu Rasim Ramaldanov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunub.

Matçın 80-ci dəqiqəsində “Simurq” klubunun 8 №-li futbolçusu Qərib İbrahimov hakimi təhqir etdiyinə və qeyri-etik jestə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanıb, klub 4000 manat cərimə olunub.

Oyunun 87-ci dəqiqəsində “Simurq” klubunun 2 №-li futbolçusu İlkin Qırtımov aqressiv hərəkətə və qeyri-etik jestə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanıb, klub 4000 manat cərimə olunub.