AFFA yığmanın baş məşqçisinin qarşısına tələb qoydu

affa-yigmanin-bas-mesqcisinin-qarsisina-teleb-qoydu
Oxunma sayı: 641

“Qafqazinfo”nun AFFA-nın rəsmi saytına istinadən verdiyi xəbərə görə, Qasımov rəhbərlik etdiyi komandanın Rusiyanın Sankt-Peterburq şəhərində Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXIV beynəlxalq turnirdə keçirdiyi oyunlarla bağlı hesabat verib. Sonra baş katib komandanın üzvləri ilə görüşərək turnirdəki nəticədən narazılığını bildirib, gələcək oyunlarda komandanın qarşısına konkret vəzifələr qoyub.

Qeyd edək ki, Vəli Qasımovun rəhbərlik etdiyi komanda adı çəkilən turnirdə 12 iştirakçı arasında sonuncu yeri tutmuşdu.