AFFA “Zirə”nin futbolçularını cəzalandırdı

AFFA “Zirə”nin futbolçularını cəzalandırdı
Oxunma sayı: 426

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. “Qafqazinfo” xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasının və əvəzedicilərin çempionatının 17-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar çıxarılıb:

Topaz Premyer Liqasının 17-ci turunun “Neftçi” - “Zirə” matçının 76-cı dəqiqəsində “Zirə”nin futbolçusu İlkin Muradov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klubu 200 manat cərimə olunub.

Əvəzedicilərin çempionatının 17-ci turunun “Neftçi” - “Zirə” matçının 42-ci dəqiqəsində “Zirə”nin futbolçusu Milad Bayramov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klubu 100 manat cərimə olunub.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi