Afinada 7 mitinq iştirakçısı həbs olundu

afinada-7-mitinq-istirakcisi-hebs-olundu
Oxunma sayı: 1037

Yunanıstan polisi Afinada keçirilən mitinqlərdə 12 nəfəri saxlayıb.

“Qafqazinfo”nun “RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, saxlanılan şəxslərdən 7-si həbs edilib, onlara qarşı cinayət işi açılıb.

Məlumata görə, mitinqdə qarşıdurma zamanı 25 polis xəsarət alıb. Onlar xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, yanvarın 15-dən Afinada 60 mindən çox insanın iştirakı ilə Makedoniyanın Şimali Makedoniya Respublikası adlandırılması əleyhinə aksiyalar keçirilir.