Afinada telekanalın binasında partlayış olub

afinada-telekanalin-binasinda-partlayis-olub
Oxunma sayı: 637

Yunanıstanın paytaxtında “Skai TV” telekanalının binasında partlayış baş verib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, ötən gecə baş verən insident zamanı xəsarət alan olmayıb. Əldəqayırma partlayıcı qurğunun işə düşməsi nəticəsində baş verən partlayışda binanın 1 və 2-ci mərtəbələrinə zərər dəyib. 

Partlayışdan 45 dəqiqə əvvəl yerli sayt və telekanallardan birinə xəbərdarlıqedici zəng daxil olub və polis dərhal ərazini blokadaya alıb. 

Vətəndaşların müdafiəsi naziri Olqa Qerovasili və polis rəhbərliyi dərhal hadisə yerinə yollanıb.