Afinada xalq küçəyə axışdı - İstefa tələbi + Fotolar

afinada-xalq-kuceye-axisdi
Oxunma sayı: 653

Yunanıstanın paytaxtı Afinada hökumətin iqtisadi siyasətinə qarşı kütləvi mitinq keçirilib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, sosial mediada təşkilatlanan xalq parlamentin yerləşdiyi Sintaqma Meydanına toplanıb.

Meydanda səsgücləndirici quraşdırılıb və Aleksis Çiprasın baş nazir seçilmədən öncəki verdiyi vədlər xalqa təkrar dinlədilib. Verdiyi vədlərə əməl etmədiyini deyən etirazçılar baş nazirin vəzifədən getməsini istəyirlər.

Polis ərazidə təhlükəsizlik tədbirləri görüb. Təxminən 3 min etirazçının qatıldığı və 2 saat davam edən mitinq insidentsiz başa çatıb.