Afinada zəlzələ əhalini təşvişə saldı - 2 yaralı + Video

Afinada zəlzələ əhalini təşvişə saldı
Oxunma sayı: 742

Yunanıstanın paytaxtı Afina şəhərində 5,1 bal gücündə zəlzələ baş verib.

“Qafqazinfo” “Euronews”a istinadən xəbər verir ki, hadisə nəticəsində paytaxtın bəzi ərazilərində elektrik enerjisinin verilişində, eləcə də telekomunikasiya xətlərinin işində qısa müddətli fasilə yaranıb. Bu isə öz növbəsində əhali arasında təşvişə səbəb olub. İnsanlar kütləvi şəkildə binaları tərk etməyə başlayıb.

Pirey limanında qədim tikili aşıb. Afinada baxımsız qalan köhnə binalardan biri ciddi zədələnib. Yunanıstanın Səhiyyə Nazirliyinin məlumatına görə, iki nəfər yüngül xəsarət alıb.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi