Afrika iki yerə bölünür - Video

Afrika iki yerə bölünür
Oxunma sayı: 6025

Şərqi Afrikada baş verən geoloji proseslər yaxın gələcəkdə fəlakətli nəticələrə gətirib çıxara bilər.

“Qafqazinfo” “Sputnik”ə istinadən xəbər verir ki, Afrika qitəsi yavaş-yavaş iki hissəyə bölünür, dərin çatlar yaranır. Bu da bölgədə nəqliyyat və şəhər infrastrukturu üçün təhlükə yaradır.

Alimlərin iddiasına görə, Afrikanın şərq hissəsi 3-4 milyon il sonra materikdən tamamilə ayrılacaq.

Torpaq qatının deformasiyaya uğraması böyük rift vadisindən Livandan Mozambikə və Qırmızı dənizə qədər ərazidə 6 min kilometrlik  geoloji çatın yaranmasına gətirib çıxarıb. Nubiya və Somalini bir-birindən ayıran iki piltənin bir-birindən ayrılma məsafəsi ildə 6-7 millimetr təşkil edir.

Gələcəkdə bu ərazi su altında qalacaq və Keniya bir adaya çevriləcək.

Qeyd edək ki, bölgədə baş verənləri əks etdirən video sosial şəbəkələrdə yer alıb. Bildirilir ki, çatın hazırkı eni 6 metr, dərinliyi 15 metrdir.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi