Afrika ölkəsi qiyam “rekordunu” yeniləyr

afrika-olkesi-qiyam-rekordunu-yenileyr
Oxunma sayı: 635

ANS PRESS-in Svobodanews.ru-ya istinadən verdiyi məlumata görə, qiyamçı hərbçilər paytaxt Bisaunu, radio stansiyasını və hakim partiyanın qərargahını ələ keçirib. Şəhərin küçələrində atışma getdiyi barədə məlumatlar var.

İnformasiya agentlikləri xarici diplomatlara istinadən xəbər verirlər ki, müvəqqəti prezident və baş nazirin yeri məlum deyil.

Qeyd edək ki, aprelin 29-da Qvineya-Bisauda prezident seçkilərinin ikinci turu keçiriləcək. Prezidentlik kürsüsü uğrunda mübarizədə rəqiblər baş nazir Karlos Qomes və müxalifətçi namizəd, keçmiş prezident Kumba Yaladır. Amma sonuncu bir neçə gün əvvəl vətəndaşları seçkini boykot etməyə çağırıb.

Qeyd edək ki, bu Afrika ölkəsi ən çox qiyam edilən dövlətdir.