Afrikada BMT vertolyotu qəzaya düşüb, 4 nəfər ölüb

afrikada-bmt-vertolyotu-qezaya-dusub-4-nefer-olub
Oxunma sayı: 652

BMT-nin Sudanın Abey şəhərində təhlükəsizliyi təmin etməkdən məsul olan Müvəqqəti Qüvvələrinə məxsus vertolyot qəzaya uğrayıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, qəza nəticəsində dörd nəfər ölüb. Qəza eniş zamanı yaşanıb, lakin hansı səbəbdən baş verməsi hələlik bilinmir. 

Qeyd edək ki, Abey şəhəri Şimali və Cənubi Sudan arasındakı mübahisəli ərazidir. Lakin nəzarət şimaldakı hökumətin əlindədir.

Hazırda oraya BMT-nin himayəsi altında olan efiopiyalı könüllülər yerləşdirilib.