Afrikada böyük zümrüd daşı tapıldı

afrikada-boyuk-zumrud-dasi-tapildi
Oxunma sayı: 2395

Arika ölkəsin Zambiyanı Kaqem bölgəsində mədən qazıntısı zamanı zümrüd daşı tapılıb.

“Qafqazinfo” “Dunyabulleteni.net”ə istinadən xəbər verir ki, səhmlərinin 75 faizi İngiltərənin “Gemfields” şirkətinə məxsus olan mədən tapılan bu daşın ağırlığı 1,1 kiloqram və 5655 karatdır.

“İnkalmu” adı verilən dəyərli daşın bu ay Sinqapurda keçiriləcək hərraca çıxarılacağı və satışdan əldə ediləcək gəlirin 10 faizinin Zambiyada aslanların qorunması üçün iki təşkilata veriləcəyi açıqlanıb.

Qeyd edək ki, həmin mədəndə 2010-cu ildə 6225 karatlıq zümrüd daşı da çıxarılıb.

Dünyanın ən böyük zümrüd daşı isə 2001-ci ildə Braziliyada tapılıb. Həmin daşın çəkisi 360 kq olub.