Afrikada ilk dəfə

afrikada-ilk-defe
Oxunma sayı: 652

Afrika ölkələrinə ilk dəfə bir qadın rəhbərlik edəcək. Bu şəxs CAR-ın prezidenti Yakob Zumanın arvadı Dlamini Zumadır. O, seçkidə səslərin əksəriyyətini yığaraq, Qabondan olan Jan Pinqi geridə qoyub.

Yanvar ayında keçirilən səsvermədə tərəflərdə heç biri üstünlük qazana bilmədiyinə görə, Pinqin sədrlik müddəti daha 6 ay uzadılmışdı. 2008-ci ildən bu yana sədrlik edən Pinq artıq yerini bir qadına verməyə məcbur olub. 54 ölkədən 37-in səsini ala bilən Dlamini Zuma CAR-ın Səhiyyə və Xarici İşlər naziri vəzifəsində çalışıb.

azadliq.info