Afrikanın ən gənc milyarderi qaçırıldı

afrikanin-en-genc-milyarderi-qacirildi
Oxunma sayı: 1585

Afrika qitəsinin ən gənc milyarderi kimi tanınan Məhəmməd Devji Tanzaniyanın Darüssəlam şəhərində silahlı və maskalı şəxslər tərəfindən qaçırılıb.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, 43 yaşlı iş adamı idman zalına gedərkən lüks otellərdən birinin qarşısından oğurlanıb. Hadisə ilə bağlı 3 nəfər şübhəli saxlanılıb. Şahidlərin ifadəsinə görə, Məhəmmədi qaçıran şəxslər avtomobilə əyləşməzdən əvvəl havaya bir neçə dəfə atəş açıblar. Devjinin yanında cangüdənləri olmayıb. 

Qeyd edək ki, “Forbes” Məhəmməd Devjinin sərvətini 1,5 milyard dollar dəyərləndirir. O, var-dövlətinin yarısını xeyriyyə qurumlarına bağışlayacağını açıqlamışdı.