Afrikaya 60 milyardlıq yardım ediləcək - Çin prezidenti söz verdi

afrikaya-60-milyardliq-yardim-edilecek
Oxunma sayı: 1798

Çin prezidenti Si Cinpin Pekində keçirilən Çin-Afrika Əməkdaşlıq Forumunda çıxışı zamanı Afrikaya 60 milyard dollarlıq yardım edəcəklərini bildirib.

“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunun 15 milyard dollarını qrantlar, 20 milyardını faizsiz kredit, 10 milyardını xüsusi inkişaf fondunun dəstəyi, 5 milyardını Afrikadan Çinə idxal məhsulları və 10 milyardını isə çinli biznesmenlerin qarşıdakı 3 il ərzində investisiyaları təşkil edəcək.

Si Cinpin 2021-ci ilə qədər Afrika ölkələrində sənayenin inkişafı, infrastrukturun gücləndirilməsi, ticarətin asanlaşdırılması və ekologiya sahəsində layihələrin həyata keçiriləcəyini söyləyib.

Bundan başqa, təbii fəlakətlərin yaşandığı ölkələrə 117 milyon dollar dəyərində qida yardımı göndəriləcəyi, 50 min tələbəyə isə təqaüd veriləcəyi də qeyd edilib.