Afrində 4 gündə neçə terrorçu məhv edilib? - Açıqlama

afrinde-4-gunde-nece-terrorcu-mehv-edilib
Oxunma sayı: 2003

Türkiyə ordusunun Suriyanın Afrin bölgəsində Azad Suriya Ordusu ilə birlikdə 4 gündür həyata keçirdiyi “Zeytun budağı” əməliyyatında məhv edilən terrorçuların sayı ilə bağlı açıqlama verilib.

“Qafqazinfo” xəbər verir ki, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahından əməliyyatda PKK/KCK/PYD-YPG və İŞİD üzvü olan 260 terrorçunun məhv edildiyi bildirilib.

Qeyd edək ki, Türkiyə ordusu 4 gündə 3 şəhid verib. Bu vaxta qədər 18 yaşayış məntəqəsi terorrçulardan geri alınıb.

Əməliyyat davam edir.