Afrində Burseya dağı geri alındı

Afrində Burseya dağı geri alındı
Oxunma sayı: 2961

“Zeytun budağı” adlı antiterror əməliyyatının 9-cu günündə Afrinin şimali-şərqindəki strateji baxımından vacib sayılan Burseya dağı ələ keçirilib.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyə və Azad Suriya Ordusu (ASO) səhər saatlarından etibarən terrorçuların sığınacağına havadan və qurudan bombalayıb.

Bundan başqa, qalınlığı 90 sm olan beton divarlar dağıdılıb.

Ağır itkilər verən terrorçular mövqelərdən çəkilmək məcburiyyətində qalıblar.

Bununla da gün ərzində terrorçulardan geri alınan məntəqələrin sayı 18-ə çatıb. Belə ki, 13 kənd, 1 kiçik yaşayış məntəqəsi və 4 strateji yüksəklik terrorçulardan xilas edilib.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi