Afrində daha bir strateji yüksəklik azad edildi

Afrində daha bir strateji yüksəklik azad edildi
Oxunma sayı: 858

Türkiyə ordusu və Azad Suriya Ordusunun (ASO) Suriyanın Afrin bölgəsində həyata keçirdiyi “Zeytun budağı” adlı əməliyyatın 12-ci günündə daha bir vacib strateji yüksəklik terrorçulardan təmizlənib.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Afrinin şimali-şərqindəki Eyn-Batman dağında PKK/YPG terrorçularına ağır zərbə endirilib.

Əməliyyat nəticəsində terrorçuların sığınacağı məhv edilib, strateji yüksəklik ələ keçirilib.

Xatırladaq ki, günorta saatlarında Bak Ubasi kəndi və yaxınlığındakı Kurni dağı da terrtorçulardan geri alınmışdı.

Bununla da 12 gün ərzində azad edilən məntəqələrin sayı isə 27-yə çatıb. Onlardan 19-u kənd, biri kiçik yaşayış məntəqəsi və 7-si strateji yüksəklikdir.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi