Afrində Türkiyə əsgəri şəhid olub

afrinde-turkiye-esgeri-sehid-olub
Oxunma sayı: 1128

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Afrin bölgəsində həyata keçirdiyi “Zeytun budağı” əməliyyatı zamanı daha bir türk əsgəri şəhid olub.

“Qafqazinfo” “Anadolu”ya istinadən xəbər verir ki, bu barədə bu gün Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bununla da Türkiyə ordusunun yanvarın 20-dən başladığı “Zeytun budağı” əməliyyatı zamanı şəhid olan əsgərlərinin sayı 33 nəfərə çatıb.