“Afrində Türkiyənin qarşısına kim çıxacaq?” - Politoloqdan şərh

afrinde-turkiyenin-qarsisina-kim-cixacaq
Oxunma sayı: 4153

Türkiyə ordusunun Suriyanın Afrin bölgəsinə hərbi əməliyyata başlaması regionda vəziyyəti yenidən gərginləşdirib.

“Qafqazinfo” xəbər verir ki, politoloq Elxan Şahinoğlu əməliyyatı şərh edib.

O deyib ki, terrorçuların əlində böyük koridor olmanası üçün Türkiyə Suriyanın Afrin ərazisini nəzarətə götürülməlidir:

“Türkiyənin bu əməliyyatda yeganə düşməni PKK, YPG və PYD terrorçu təşkilatlarıdır. Heç bir dövlət bu terrorçu təşkilatlara görə Türkiyə ilə savaşmaq istəmir və istəməyəcək. Rusiya bu əməliyyata görə Türkiyə ilə tərəfdaşlıqdan imtina keçməyəcək, Rusiya XİN bu əməliyyata görə ABŞ qınayıb. Çünki, Türkiyənin növbəti dəfə Suriyaya müdaxiləsinin səbəbi ABŞ-ın terrorçu təşkilatlara dəstəyini artırması qərarıdır”.

E.Şahinoğlu Amerikanın da silahlı kürd müttəfiqlərinə görə Türkiyə ilə üz-üzə gəlmək istəmədiyini söyləyib:

“İrana qaldıqda Türkiyənin Suriyaya müdaxilə edib PKK-nın törəmə təşkilatları ilə mübarizəsi onun da maraqlarına cavab verir, çünki özündə də radikal kürdlər var. Qaldı Bəşər Əsəd, bir az o Türkiyənin müdaxiləsinə deyinəcək, barmaq silkələyəcək, ancaq Rusiyanın qorxusundan o da Türkiyə ilə savaşmayacaq. Ərəb dünyasını isə Türkiyənin silahlı kürdlərlə mübarizəsi heç maraqlandırmır da. Demək, yol açıqdır, türk hərbçilərinə uğurlar arzulayırıq”.