Afrində Türkiyənin tankı vuruldu - Şəhid sayı 7-yə çatdı + Yenilənib

Afrində Türkiyənin tankı vuruldu
Oxunma sayı: 5380

Türkiyə ordusu Suriyanın Afrin bölgəsində keçirdiyi “Zeytun budağı” əməliyyatında daha 2 itki verib.

“Qafqazinfo” CNN Türk-ə istinadən xəbər verir ki, terrorçuların atdığı raket sərhəddəki Süngütəpə kəndidə xidmət aparan əsgərlərin olduğu yerə düşüb.

Raket zərbəsi nəticəsində 5 əsgər yaralanıb, biri isə şəhid olub. Yaralılar Kilis Dövlət Xəstəxanasına yerləşdirilib. Onlardan ikisinin vəziyyəti ağırdır.

Bundan başqa, 1 əsgər isə terrorçularla atışmada şəhid olub.

Hazırda bölgədə əməliyyat davam edir.

Qeyd edək ki, əməliyyatın 14 günü ərzində 897 terrorçu zərərsizləşdirilib.

***

Türkiyə Silahlı Qüvvələri (TSQ) daha bir əsgərin şəhid olduğunu açıqlayıb. Məlumata görə, Şeyx Horoz bölgəsində terrorçular Türkiyə ordusuna məxsus tankı vurublar. Hücum nəticəsində bir əsgər şəhid olub, biri isə yaralanıb.

Beləliklə, gün ərzində Türkiyənin itkilərin sayı 3-ə, yaralıların sayı isə 6-ya çatıb.

***

TSQ-dan tank vurulması ilə bağlı növbəti açıqlama verilib. Qeyd edilib ki, həmin hücum nəticəsində 5 əsgər şəhid olub. Bununla da gün ərzində Türkiyə ordusunun verdiyi şəhid sayı 7-yə çatıb.

Hadisədən sonra Türkiyə qırıcıları və əlavə ordu qüvvələri bölgəyə cəlb edilib. Hazırda Şeyx Horoz bölgəsində şiddətli atışma davam edir.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi