Afrindən qaçış başladı

afrinden-qacis-basladi
Oxunma sayı: 2116

Türkiyənin Suriyanın Afrin qəsəbəsinə PYD/PKK terrorçularına qarşı əməliyyata başlayacağını elan etməsindən sonra əhali qəsəbəni tərk etməyə başlayıb.

“Qafqazinfo” Anadolu agentliyinə istinadən xəbər verir ki, axşam saatlarından etibarən əşyalarla yüklənmiş avtomobillər Hələb şəhərinə doğru istiqamət alıblar.

Hazırda qəsəbədə böyük həyəcan və təşviş yaşandığı bildirilir.