“Afrinə girməyə qoymayacağıq” - Türkiyədən Əsədə xəbərdarlıq

afrine-girmeye-qoymayacagiq
Oxunma sayı: 1481

“PKK və YPG-ni qorumaq üçün Afrinə gələnlərə fürsət verməyəcəyik. Bizim üçün hansı ölkə olması fərq etməz”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Türkiyə XİN rəhbəri Mevlüd Çavuşoğlu keçirdiyi mətbuat konfransında deyib:

“YPG/PKK Suriya torpaqlarını bölmək üçün mövcuddur və özündən olmayan hər kəsi sürgünə göndəriblər. Bizim mövqeyimiz qətidir. Bəşər Əsəd rejiminə yaxın güclərin Afrinə daxil olacaqlarına dair xəbərlər gəlir. PKK-ya qarşı mübarizə aparan heç kimə qarşı deyilik, lakin onlara yardım etmək üçün buraya gəlmək istəyənlərə izn verməyəcəyik”.