Ağ Ev CNN-nin iddiasına məhkəmə ilə cavab verdi

ag-ev-cnn-nin-iddiasina-mehkeme-ile-cavab-verdi
Oxunma sayı: 1272

ABŞ prezidenti Donald Trampın administrasiyası CNN jurnalisti Cim Akostanın akkreditasiyasının ləğvinin qanuniliyini sübut etmək üçün Federal məhkəməyə müraciət edib.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, iddia ərizəsində jurnalisti Ağ Evdən qovan Trampın davranışının ölkə Konstitusiyasının söz və mətbuat azadlığına zəmanət verən birinci düzəlişinə zidd olmadığı bildirilib:

“Prezident və Ağ Ev hansı jurnalistlərin konfranslara qatılmaq, müsahibə almaq imkanlarını müəyyən etmək hüququna malikdir”. 

Qeyd olunub ki, Prezident administrasiyası məhkəmənin CNN-nin iddiasını təmin etməyəcəyinə əminliyini bildirib.