Ağ Evdə gözlənilməz istefa

ag-evde-gozlenilmez-istefa
Oxunma sayı: 2612

Ağ Evin Milli Təhlükəsizlik Şurasında İran-Körfəz Bölgəsinin direktoru və qətlə yetirilən səudiyyəli jurnalist Camal Qaşıqçı cinayəti ilə bağlı sanksiyaları təklif edənlərdən biri Kirsten Fontenrouz istefa verib.

“Qafqazinfo”nun xarici mediaya istinadən məlumatına görə, Fontenrouzun istefa səbəbi açıqlanmasa da onun Səudiyyə Ərəbistanına qarşı “sərt mövqe tutması”nın Ağ Evdə mübahisələrə səbəb olduğu bildirilir. İstefanın da bu səbəbdən baş verdiyi ehtimal edilir.

Məsələ ilə bağlı nə Ağ Evdən, nə də Kirsten Fontenrouzdan açıqlama verilib.