Ağ Evdə gözlənilməz istefa iddiası

ag-evde-gozlenilmez-istefa-iddiasi
Oxunma sayı: 1457

ABŞ Prezident Administrasiyasının rəhbəri Con Kellinin istefa edəcəyi iddia edilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “CNN International” özəl mənbələrinə istinadən məlumat yayıb.

Onun yerinə isə ABŞ-ın vitse-prezidenti Mayk Pensin aparatının rəhbəri Nik Ayersin gətiriləcəyi bildirilir.

Qeyd edək ki, son aylarda Kelli və Tramp arasında fikir ayrılıqlarının olduğu barədə məlumatlar yayılıb. Hətta ABŞ-ın keçmiş prezidenti Riçard Niksonun istefasına səbəb olan, “Uoterqeyt” qalmaqalını ortaya çıxardan tədqiqatçı jurnalist Bob Vudvardın Tramp haqqında yazdığı kitabda Kellinin onu ağılsız adlandırdığını bildirib:

Jurnalistin yazdıqlarına görə, Ağ Evin baş katibi Con Kelli də iş yoldaşlarına Trampın əsəblərinə hakim ola bilməyən biri olduğunu söyləyirmiş:

“O, ağılsızdır. Onu hər hansı bir mövzuda razı salmağa çalışmağın heç bir mənası yoxdur.