Ağ Evdə istefa oldu

ag-evde-istefa-oldu
Oxunma sayı: 695

“Media forum” saytının məlumatına görə, Qulsbi Çikaqo Universitetinə - müəllimlik fəaliyyətinə qayıtmaq niyyətində olduğunu açıqlayıb. Qulsbi Ağ evin sahibi - prezident Barak Obama ilə Çikaqo Universitetində dərs dedikləri vaxt tanış olub. Onun Obamaya 2004-cü ildə Senat, 2008-ci ildə isə prezident seçkilərinə qatılmaqda kömək etdiyi bildirilir.

İqtisadiyyat Şurasına bir ildən də az müddətdə rəhbərlik etmiş Qulsbinin istefasından Obamanın iqtisadi komandasında yalnız bir nəfər – maliyyə naziri Timoti Qeytner postunda qalır.